Haqqımızda

Müxtəlif sektorlarda fərqli təyinatlı layihələri uğurla həyata keçirən "Azmade Group" MMC-nin əsası 2018-ci ildə qoyulmuşdur. Şirkət fəaliyyətə başladığı ildən etibarən öz bizneslərini effektiv menecment, korporativ idarəetmə və uğurlu kadr siyasəti əsasında inkişaf etdirir.


Azərbaycanda və digər ölkələrdə etibarlı tərəfdaşları olan "Azmade Group" MMC-nin qarşıya qoyduğu əsas hədəf güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və bununla da sənaye və tikinti sektorunda güclü milli brendlərin yaradılmasıdır. Şirkət öz fəaliyyətini "Made in Azerbaijan" brendi altında istehsal etdiyi məhsullarının ölkə daxili ilə birgə, həm də ölkə xaricində də daha çox tanıdılması üzərindən qurmağa üstünlük verir.

Azmade Group
Emruz İsgəndərov

Sədrin müraciəti

"Azmade Group" MMC Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, maşınqayırma sektorlarında milli istehsalı inkişaf etdirmək və bu sahələrə yeniliklər gətirmək məqsədilə yaradılmışdır.

Şirkət olaraq fəaliyyətlərimizi istehlakçıların ehtiyaclarının düzgün öyrənilməsi üzərindən kurmağa çalışırıq.

Ölkədə qeyri-neft sektoru sahələrinin sürətli inkişafını və bu sahəyə ayrılan güclü dövlət dəstəyini müşahidə edirik.

Bunun ölkədə istehsal mədəniyyətinin formalaşmasına xüsusi təsirləri hiss olunmaqdadır.

Şirkət olaraq biz də milli istehsalın inkişafına töhfə vermək və tanınan brendlərlə qloballaşan dünyanın tərkib hissəsi olmaq üçün çalışırıq.

Hədəfimiz "Made in Azerbaijan" brendi altında istehsal olunan məhsullarımızın xarici bazarlara çıxış imkanlarını genişləndirmək, regionda və uzaq coğrafiyalarda etibarlı tərəfdaş kimi tanınmaqdır.

"Azmade Group" MMC olaraq inkişafımız üçün potensial kadrları cəlb edərək birlikdə hədəflərimizə yönəlmiş fəaliyyətimizi uğurla davam etdiririk.

Emruz İsgəndərov

İdarə heyətinin sədri

Qrupun strukturu

Azmade Group

Məqsədimiz, baxışımız və dəyərlərimiz

01

Məqsədimiz

Məsuliyyətli və sosial baxımdan şüurlu bir korporativ vətəndaş olaraq əsas fəaliyyət qayəmiz, həm Azərbaycanda, həm də coğrafi baxımdan təmsil olunduğumuz digər bütün ölkələrdə cəmiyyətin rifahını yüksəltmək, insanların həyat keyfiyyətini davamlı şəkildə yaxşılaşdırmaq və hər bir sahədə uzunmüddətli, faydalı dəyərlər formalaşdırmaqdan ibarətdir.

02

Baxışımız

Fəaliyyətimizdə yüksək dürüstlük prinsiplərini, sağlam və şəffaf korporativ idarəetmə standartlarını, habelə ən son qabaqcıl texnoloji həlləri rəhbər tutaraq, peşəkar sahibkarlığın inkişafına, davamlı iqtisadi artıma və regional biznes əməkdaşlığının möhkəmlənməsinə töhfə vermək arzusundayıq.

Biz yüksək bacarıq və səriştəyə malik insan resurslarımız tərəfindən idarə olunan, öz sahəsində öndə gedən, etibarlılığı ilə seçilən və lider strateji investor kimi beynəlxalq miqyasda tanınaraq davamlı şəkildə inkişaf etmək niyyətindəyik.

03

Missiyamız

Azərbaycanın və regionun qonşu ölkələrinin qeyri-neft sektorlarına səmərəli və məqsədyönlü investisiyalar yönəltməklə, bu coğrafiyada sürətlə artan investisiya ehtiyaclarını qarşılamağı, innovasiyaları və yaradıcı iş mədəniyyətini geniş şəkildə təşviq etməyi özümüzə borc bilirik.

Eyni zamanda, ən qabaqcıl və uğurlu korporativ idarəetmə təcrübəsini, qarşılıqlı inamı və davamlılıq prinsipini gündəlik fəaliyyətimizdə tam təcəssüm etdirərək, təmsil olunduğumuz ölkələrin, səhmdarlarımızın, əməkdaşlarımızın, müştərilərimizin və biznes tərəfdaşlarımızın bizə olan yüksək etimadını doğrultmaq əsas missiyalarımızdandır.

Dəyərlərimiz

01

Dürüstlük

Biznesimizin təməlqoyma prinsipi dürüstlüyə olan sarsılmaz sədaqətimizdir. Bizim üçün bu, heç kimin nəzarət etmədiyi məqamlarda belə hər zaman yalnız doğru addımı atmaq deməkdir. Fəaliyyət göstərdiyimiz ölkənin qanun və qaydalarına tam hörmət edir, şirkət maraqlarını şəxsi mənafe naminə qurban vermirik.

02

Gəlirlilik

Biz səhmdarlarımızın, eləcə də ümumilikdə cəmiyyətin xeyrinə dəyər və fayda yaradırıq. Bu gün əldə olunan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasının təminatıdır. Hər bir manatın səmərəli istifadəsini və uzunmüddətli biznes hədəflərini diqqətdə saxlayırıq.

03

Sahibkarlıq ruhu

Daim dəyişən dünyada qeyri-müəyyən şəraitdə belə yeni imkanlar axtarır, cəsarətli addımlar atmağa və kəşf olunmamış yolları sınamağa hazırıq. Çətinlikləri inkişaf üçün fürsət hesab edir, yeni təşəbbüslərin reallaşdırılması məsuliyyətini üzərimizə götürürük.

04

Keyfiyyət

İşimizin keyfiyyəti əməkdaşlarımızın fədakarlığı və peşəkarlığı ilə birbaşa bağlıdır. Qəbul etdiyimiz standartlara sadiq qalır, verdiyimiz sözün üstündə dururuq. Optimal nəticələr əldə etmək üçün keyfiyyəti səmərəliliklə balanslaşdırır, daim öyrənməyə və təkmilləşməyə çalışırıq.

05

Əməkdaşlıq

Departamentlər, biznes bölmələri və ölkələr səviyyəsində vahid komanda kimi fəaliyyət göstərərək daha böyük nəticələr əldə edirik. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla sıx əməkdaşlıq bazarın gözləntilərini üstələməyə, problemləri daha sürətli həll etməyə və innovasiyaları təşviq etməyə imkan yaradır.

Azmade Group

Davamlı inkişaf, etibarlı tərəfdaşlıq, güclü gələcək.

Dəyərlərimiz gündəlik fəaliyyətimizin və uzunmüddətli inkişaf strategiyamızın əsasını təşkil edir.