Son illər respublikamızda kənd təsərrüfatı sahəsində dövlət siyasəti və dəstəyi ilə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir kənd təssərüfatı infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Əsas məqsəd Azərbaycanda müasir standartlara və tələblərə cavab verən badamın emalı prosesinin təşkil ediləcəyi zavodun inşa edilib, istifadəyə verilməsidir. Zavodun işə düşməsi həm yerli bazarda badama olan tələbin tam şəkildə ödənilməsi və növbəti mərhələdə badamdan hazırlanan fərqli məhsulların istehsal edilib, ixrac edilməsi üçün nəzərdə tutulmuşdur.
İşlərin icra olunduğu ərazi Abşeron yarımadsında, Türkan üzümçülük sovxozu ərazisində “AzBadam” MMC-yə məxsus olan torpaq sahəsidir. Hal-hazırda “AzBadam” MMC ərazisində Badam Emalı Zavodun inşası nəzərdə tutulub.
Türkan qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus torpaq sahəsində inşa olunacaq Badam Emalı Zavodun inşaat prosesində “Zəyəm Texnologiya Parkı” ASC tərəfindən görüləcək aşağıdakı işlər sadalanıb:
İş prosesləri:
Əsas istehsal sahəsi: