en

Karyera

Şirkətimiz daim peşəkar mütəxəssis axtarışındadır. Əgər siz də bizim sıralarımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@azmade.az email ünvanına göndərə bilərsiniz. Bütün müraciətlər İşə Qəbul şöbəsi tərəfindən incələnir və vakansiyalara uyğun namizədlərlə əlaqə yaradılır.

İşçi ehtiyacının müəyyən edilməsi

1

Axtarış mərhələsi

Daxil olan işə qəbul müraciətləri əsasında alternativ axtarış kanalları vasitəsilə (sosial şəbəkələr, internet saytları və sair) vakansiyanın tələblərinə uyğun namizədlər axtarılır, telefon əlaqəsi saxlanılır və iş görüşməsi üçün münasib vaxt təyin edilir.

2

İlkin qiymətləndirmə mərhələsi

Bu mərhələdə namizədlərlə ilkin müsahibə təşkil edilir. Ehtiyac olduğu təqdirdə vakansiyanın tələblərini qarşılayan namizədlərin məntiqi-riyazi bilikləri, komputer bacarığı, ixtisas biliyi, dil biliyi yoxlanılır.

3

Seçim mərhələsi

İlkin qiymətləndirmə mərhələsindən uğurla keçən namizədlərin struktur rəhbəri ilə görüşü təşkil edilir. Struktur rəhbəri namizədin texniki bilik-bacarıqlarını və işin icrasında lazım olan digər meyarlara cavab verməsini müəyyənləşdirir. Uyğun görülən namizədin referans araşdırması aparılır.

4

Yerləşdirmə mərhələsi

İşə götürülməsi qərarlaşdırılan namizədlərə iş təklifi edilir. İşçiyə işə başlama tarixi, əmək haqqı və şirkət tərəfindən təqdim olunan mənfəət və faydalar haqqında məlumat verilir. Qarşılıqlı razılıq əsasında əmək müqaviləsi bağlanılır.